Azenru

SESDA proqram təminatı

Müasir dövrdə kağızsız (elektron) sənəd dövriyyyəsi sistemlərinin qurulması müəssisələrin rəqabət imkanlarını xeyli artırır. Belə ki, elektron sənəd dövriyyəsi avtomatik olaraq həm iş intizamı, həm də sənədlərin uçotu və elektron arxiv məsələlərinin həlli deməkdir. SİNAM MMC bu sahədə Azərbaycan Respublikasını qanunvericiliyinə cavab verən proqram təminatı yaratmaq istiqamətində 2010-cu ildən başlayaraq fəaliyyət göstərir. Hazırda SESDA – SİNAM Elektron Sənəd Dövriyyəsi və Arxiv həlli (müəlliflik hüququ SİNAM şirkətinə məxsusdur - SESDA müəlliflik hüququ şəhadətnaməsi) adı altında yayılan bu proqram təminatı ölkədə bu sahədə “de-  fakto” standarta çevrilmişdir. Hər il bu proqram təminatı genişləndirilir və onun yeni versiyaları istifadəçilərin xidmətinə verilir. SESDA proqram təminatı haqqında ətraflı məlumatı bu linkdən ala bilərsiniz: SESDA sisteminin əsas xüsusiyyətləri (White paper).

SESDA proqram təminatı sifarışçilərə həm proqram lisenziyalarının satılması (On Premises Software) vasitəsilə, həm də xidmət olaraq (SAAS – Software As a Service) çatdırıla bilər. SİNAM “on premises” tipli elektron sənəd dövriyyəsi ilə bağlı layihələrdə həm açar təhvili (“turnkey system”), həm də lisenziya satışı vasitəsilə iştirak edə bilər. Eyni zamanda SİNAM elektron sənəd dövriyyəsi proqram təminatını aylıq xidmət olaraq da təklif edir. Bu halda sifarişçı tərəfdə avadanlıq infrastrukturunun qurulmasına və ona texniki dəstək göstərilməsinə ehtiyac qalmır və yalnız sistemə qoşulmuş istifadəçilər üçün aylıq abunə haqqı ödənilir. SİNAM şirkəti həm “on premises”, həm də SAAS satışları üçün partnyor şəbəkəsini genişləndirir. Partnyorlar müqaviləyə uyğun olaraq satış qiymətlərindən endirim alırlar. Partnyorluq şəbəkəsinə qoşulmaq üçün Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. ünvanına e-mail göndərmək lazımdır.

  1. Üçüncü tərəf elektron sənəd dövriyyəsi sistemlərindən göndərilən sənədlərin elektron qaydada qəbul edilməsi üçün tələb olunan proqram interfeysi
  2. Üçüncü tərəf elektron sənəd dövriyyəsi sistemlərindən miqrasiyanı dəstəkləmək üçün tələb olunan verilənlərin strukturu
  3. SESDA sistemi üçün inzibatçının iş yeri üzrə təlimat
  4. SESDA sistemi istifadəçisi üçün təlimat

  • Sistemin arxitekturası

     


  • Sistemin üstünlükləri

Seçmə Proqram Təminatı

Partnyorlarımız