Azenru

ASAN Viza sisteminin yaradılması

Müştəri / layihə müddəti

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (2016)

Layihənin məqsədi

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə elektron vizanın verilməsi prosesinin asanlaşdırılması və tezləşdirilməsi zəruriyyəti yaranmışdır. Bu məqsədlə, «Elektron vizaların verilməsi prosesinin sadələşdirilməsi və «ASAN Viza» sisteminin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanı əsasında ASAN Viza sistemi yaradılmışdır.

Həll

  • Web-ə əsaslanan proqram təminatı;
  • Viza müraciətinin edilməsi üçün asan istifadəçi interfeysi;
  • Viza rüsumun portal vasitəsilə ödənilməsi imkanı;

Sistem necə işləyir?

  • e-Viza almaq üçün https://evisa.gov.az portalında müraciət forması doldurulur;
  • e-Vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş rüsum sistem vasitəsilə elektron qaydada ödənilir;
  • e-Viza müraciət etmiş şəxsin elektron ünvanına göndərilir;

Üstünlükləri

  • e-Vizanın qısa vaxt (3 iş günü) ərzində alınması;
  • e-Vizanın rahat şəkildə elektron qaydada 3 addımla (Müraciət et – Ödə – Endir) alınması;
  • e-Viza müraciətləri birnəfərlik, ailə və qrup olmaqla edilə bilmək imkanı;
  • Viza rüsumunun elektron qaydada ödənilməsi;

Sistem istifadəçiləri

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

Seçmə Proqram Təminatı

Partnyorlarımız