Azenru

Türkiyənin elektron xəritəsi GoMap sisteminə daxil ediləcək

Yaxın iki ay ərzində Türkiyənin elektron xəritəsi GoMap sisteminə (gomap.az) daxil ediləcək.

GoMap.az layihəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə SİNAM şirkəti tərəfindən həyata keçirilir.

“Biz artıq Türkiyənin elektron xəritəsini almışıq və hazırda onun GoMap sisteminə inteqrasiyası üzərində çalışılır. İlkin hesablamalara görə Türkiyənin elektron xəritəsi yaxın iki ay ərzində GoMap istifadəçiləri üçün açıq olacaq”, – şirkətdən verilən məlumatda belə deyilir. Türkiyənin Infotech şirkətindən xəritənin GoMap sisteminə daxil edilməsi üçün razılıq əldə edilib. Layihə bu şirkətlə əməkdaşlıq səviyyəsində icra ediləcək.

Hazırda GoMap Azərbaycan və Gürcüstan ərazisində vahid marşrut təyin etməyə imkan verir. GoMap-in əhatəsinin genişləndirilməsi bu xidməti Türkiyəyə səfər edəcək turistlər üçün də faydalı xidmətə çevirəcək. Xəritənin genişləndirilməsindən sonra Türkiyənin turizm zonalarına səfər etmək daha asan olacaq.

GoMap elektron xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bulud texnologiyaları bazasında yaradılmış ilk resurslardan biridir. Marşrutun hamarlanması funksiyası da xəritəyə inteqrasiya edilib. Bundan əlavə, xəritəyə tarix və mədəniyyət abidələrinin fotoşəkil və təsvirləri də daxil edilib.

Seçmə Proqram Təminatı

Partnyorlarımız