Azərbaycanın ətraflı elektron xəritəsi
Azərbaycanın ətraflı elektron xəritəsi kartoqrafik verilənlər – cədvəl, sxem və çöl işləri əsasında yaradılıb.Detailed map of Azerbaijan has been created based on map data, tables, schemes and field studies, including:
- 65 min POI (ingiliscə Point of Interest – maraq doğura bilən obyektlər), mədəni-tarixi – 3300 POI. POI-lərin böyük əksəriyyətinə əlaqə informasiyaları, həmçinin şəkillər də daxildir.
- 72 min km yollar, 47 min km riyazi qrafların quraşdırılmasının təşkili və Yol Hərəkət Qaydalarının atributlarının yoxlanılması və yerləşdirilməsi;
- İnzibati bölgü – bir sıra əlaqəli verilənlər layı, o cümlədən:
- 4500 yaşayış məntəqəsi;
- Ölkənin rayon və şəhərləri;
- 700 min bina və tikili;
- 70 şəhərin binalarının ünvanlaşdırılması (poçt indeksləri də daxil olmaqla);
- Bütün atributlar 3 dildədir – Azərbaycan, ingilis və rus.