Azenru

Dövlət-özəl dialoqu formatında görüş keçirildi

Dekabrın 25-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Yeni dövr peşə təhsili: təhsil və iqtisadiyyatın vəhdəti” mövzusunda görüş keçirilmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgotürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə dövlət-özəl dialoqu formatında həyata keçirilən görüşdə aidiyyəti dövlət qurumlarının rəsmiləri və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən biznes nümayəndələri iştirak etmişdir.

Tədbirdə sahibkarlara peşə təhsili sahəsində aparılan islahatlar barədə məlumat verilmiş, daha sonra sahibkarların peşə ehtiyacları, peşə hazırlığı sahəsində dövlətlə əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.

Tədbirdə SİNAM şirkətinin prezidenti, texnika elmləri doktoru, professor Elçin Əliyev də iştirak etmişdir. O, çıxış edərək respublikada əmək bazarının yeni tələbləri, bu şəraitdə işçi heyətinin bacarıqlarının artırılması ehtiyacları, müxtəlif ixtisaslar üzrə kadr çatışmazlığı, bu sahədə üzləşdikləri çətinliklər, dövlət peşə təhsili müəssisələri ilə əməkdaşlıq imkanları və zəruri dövlət dəstəyi barədə təkliflərini səsləndirmişdir.

Tədbirin yekununda dövlət-özəl dialoqunun vacibliyi nəzərə alınmaqla, peşə hazırlığı prosesində peşə təhsili müəssisələri ilə əməkdaşlığın sektoral formatda daha konkret mövzular ətrafında aparılması təklif edilmişdir.

Xəbərlər

Seçmə Proqram Təminatı

Partnyorlarımız