Azenru

Azərbaycanın universitetlərində SINAM şirkətinin dəstəyi ilə Azərbaycanda Startap Günləri davam edir. Azərbaycanda Startap Günlərinin təşkilatçısı Startap Azərbaycandır.

Növbəti Startap Günləri 13-15 aprel tarixlərində Azərbaycan Texniki Universitetində keçirilmişdir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilirən Startap Günləri həmçinin  Azərbaycan Beynəlxalq Bankı tərəfindən dəstəklənir.

Startap Günlərinə qoşulmuş gənclər tərəfindən 20-yə yaxın biznes ideya səsləndirilib və onlardan seçilən 5 ideya ətrafında komandalar formalaşaraq işə başlayıb. Startap Azərbaycan-ın mentorları Orxan Əhmədov,  Rəşad Əliyev, Rüstəm Həsənov , Hikmət Əliyev və digərləri komandalara dəstək veriblər.

Startap Günləri çərçivəsində keçən təlimlərdə komandalara layihələrinin prototiplərinin hazırlanması, komanda formasında fəaliyyət, layihələrin təqdimatı zamanı diqqət etməli olduğu vacib məqamlar barədə məlumat verilib.

Tədbirin yekununda Münsiflər Startap Günlərinin qalib komandalarını elan etmişdir. Birinci yeri “AGRO SHARE”, 2-ci yeri “TƏLƏBƏ İNKİŞAF KLUBU”, 3-cü yeri isə “ERKƏN XƏBƏRDARLIQ SİSTEMİ” layihəsi qazanıb.

Azərbaycan universitetlərində Startap Günləri davam edəcəkdir.

Xəbərlər

Seçmə Proqram Təminatı

Partnyorlarımız