Azenru

ASAN könüllülərinin SINAM-ın prezidenti ilə maraqlı görüşü keçirilib

ASAN könüllülərinin növbəti maraqlı görüşlərindən biri 2 may 2015-ci il tarixində keçirilib. Bu görüşün qonağı SİNAM MMC-nin rəhbəri Elçin Əliyev olub. E-patriotizm mövzusunda aparılan görüşdə təxminən 200-ə yaxın könüllü iştirak edirdi.

“ASAN School” könüllülük proqramının rəhbəri Cahangir Hacıyevin giriş sözləri və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüsü Zamanlı Namazın pianoda ifası ilə görüşə start verildi.

Daha sonra isə söz qonağımız Elçin Əliyevə verildi. E.Əliyev öncə öz həyat və əmək fəaliyyətindən bəhs etdi. Daha sonra mövzu barəsində fikirlərini bildirib ətraflı söhbət etdi.

ASAN könüllüləri bu görüşdə də aktivlik nümayiş etdirib onları maraqlandıran məsələlərə toxunaraq qonağımızla müzakirə etdilər. E.Əliyev bu təklifləri bəyənərək onlara köməklik göstərəcəyini qeyd etdi.

Görüşdə iştirakı və aktivliyi ilə seçilən üç könüllü – Gülnar Cəfərova, Kamran Məmmədov və Coşğun Abdullayev qonaqlar tərəfindən hədiyyələr, “ASAN School” tərəfindən isə Tərifnamə ilə təltif olundu.

Sonda könüllülər və qonaqlar birgə xatirə selfi çəkdirib!

Инновационное программное обеспечение

Наши Партнеры