Azenru

Azərbaycan Respublikası Mərkəzi Bankı bu yaxınlarda elektron imzanın verilməsi prosesinə start verəcək.

SINAM şirkətinin uğurlu layihələrindən biri olan SPKIS – Elektron imza həlləri layihəsinin ikinci mərhələsi Azərbaycan Respublikası Mərkəzi Bankında tətbiq edilməyə başlanmışdır. İşlərin birinci mərhələdə SPKIS sistemi əsasında Mərkəzi Bankda elektron imza üçün sertifikasiya mərkəzi qurularaq istifadəyə verilmişdi. Sertifikat mərkəzi tərəfindən verilən sertifikatlar Mərkəzi Bankın informasiya sistemlərində elektron imza və autentifikasiya vasitələri kimi istifadə edilir. Növbəti mərhələdə isə Mərkəzi Bankın Sertifikat Mərkəzi Milli Sertifikat Xidmətləri Mərkəzindən akkreditasiyadan keçərək təkmil sertifikat vermə hüququnu almışdır. Akkreditasiya prosesində RYTN MHM tərəfindən Mərkəzi Bankda texniki və proqram təminatı üzrə audit keçirilmişdir. Auditin nəticəsi olaraq Mərkəzi Bankın sertifikat mərkəzinə prosedura uyğun olaraq müvafiq şəhadətnamə verilmişdir. Bununla da Mərkəzi Bankın Sertifikat Xidmətləri mərkəzi ölkədə təkmil sertifikat vermə hüququna malik növbəti sertifikat mərkəzlərindən birinə çevriləcəkdir.

Elektron imzanın əsas üstünlüyü iş münasibətlərinin və əlaqələrinin tamamilə elektron formata çevrilməsindən ibarətdir.

Elektron imza ilkin sənədin xüsusi proqram təminatı vasitəsilə çevrilməsi nəticəsində əldə edilən müəyyən simvollar ardıcıllığıdır. Göndərmə zamanı ilkin sənədə rəqəmsal imza əlavə olunur və nəticədə sənəddə olan informasiyanın müəllifi və dəyişməzliyi təsdiq olunur.

 

Seçmə Proqram Təminatı

Partnyorlarımız