Azenru

10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq “Təhsil 2014” (“Education 2014”) sərgisi keçirilib.

Sərgidə dünyanın 20 ölkəsindən gələn sərgi iştirakçıları bakalavr və MBA proqramlarını, eləcə də dil kursları, biznes proqramları və xaricdə təhsil sistemlərini nümayiş etdiriblər. Sərginin daimi iştirakçısı - Litva milli stendi Litvanın 16 nüfuzlu universitetini təqdim edib. Sərgidə yeni təhsil istiqamətləri kimi Hollandiya, Qazaxıstan, Latviya və Slovakiya çıxış edib. Bu ilki sərgidə Polşanın Krakov Dövlət Universiteti, BƏƏ-nin Aviasiya Universiteti, Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti, Budapeşt Beynəlxalq Biznes Məktəbi, Britaniya Ali Dizayn Məktəbi (Moskva), “Webster” (ABŞ) Universiteti, Malayziyanın “Help” və Nottingem universitetləri, Niderland Krallığının Saksion Universiteti, Mastrixt İdarəetmə Məktəbi və “Inholland” Tətbiqi Elmlər Universiteti, Nazarbayev adına Universitet (Qazaxıstan) və Latviyanın Baltik Beynəlxalq Akademiyası kimi iri xarici universitetlərlə yanaşı, Slovakiyanın “Study in Slovakia” (“Slovakiyada təhsil”) təşkilatı tərəfindən təmsil olunan 44 universitet də iştirak edib.

SİNAM şirkəti də sərgidə iştirak edərək proqram həllərini nümayiş etdirib.

Seçmə Proqram Təminatı

Partnyorlarımız