Azenru

SİNAM şirkətinin Oracle Platinum statusunun resertifikasiyası

 

Oracle Partner Network (OPN) partnyorluq proqramı çərçivəsində ORACLE tərəfindən SİNAM şirkətinin Platinum Partner statusu resertifikasiya edilmişdir.

Statusun resertifikasiyası çərçivəsində şirkət bütün sertifikatlaşma tələblərini yerinə yetirmiş və aşağıda göstərilən beş ixtisaslaşmanın mövcudluğunu nümayiş etdirmişdir:

  • Oracle Database 11g;
  • Oracle Business Intelligence Foundation 10g;
  • Oracle Database 11g Data Warehousing;
  • Oracle Solaris 10;
  • Oracle Database 11g Performance Tuning.

Platinum əməkdaşlıq statusu Oracle həlləri və texnologiyaları və şirkətin mütəxəssislərinin peşəkar ixtisaslaşması üzrə şirkətin səlahiyyətlərinin yüksək səviyyəsinə dəlalət edir. Bu fakt şirkətin portfoliosunda məhsullar üzrə ixtisaslaşmaların geniş spektrinin mövcudluğunu göstərir və Oracle biznes-tətbiqlərinin və baza texnologiyalarının müvəffəqiyyətlə həyata keçirilməsi, inteqrasiyası və müşayiətinin çoxillik təcrübəsini təsdiq edir.

Oracle Platinum Partner statusu şirkətin Oracle-dan olan dəstəyinin genişləndirilmiş infrastrukturunu, təlim üzrə hərtərəfli imtiyazları, birgə marketinqi, layihə öncəsi konsaltinqi və ən yeni Oracle texnologiyalarından və həllərindən istifadə imkanlarını təmin edir. SINAM şirkəti bu status çərçivəsində qazanılmış üstünlüklərdən biznesin masştabının genişləndirilməsi, müştərilərin loyallığının artırılması, onlara Oracle-ın qabaqcıl həllərindən və texnologiyalarından istifadə hesabına öz biznesinin effektivliyinin artımı üçün yeni imkanlar vermək üçün istifadə etmək niyyətindədir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız