Azenru

Azərbaycan şirkəti Ruandanın bank sektorunda İKT həlləri üzrə tenderdə iştirak edir

Azərbaycanın aparıcı informasiya texnologiyaları şirkətlərindən biri olan SİNAM Afrikanın İnformasiya Kommunikasiya Texnologiyaları bazarında da öz fəaliyyətini genişləndirməkdədir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, Ruanda Milli Bankı tərəfindən keçirilən “Müəssisənin verilənlər anbarının yaradılması və Biznes Analitika sistemlərinin təchizatı, quraşdırılması və işə salınması” tenderində Ruandanın yerli şirkətlərindən biri ilə konsorsiumda iştirak edir. Şirkət bu layihə üçün öz təklifini artıq təqdim etmişdir. Tenderdə SİNAM-dan başqa dünyada tanınmış 5 digər informasiya texnologiyaları şirkəti də iştirak edir. Hazırda təkliflər qiymətləndirilmə mərhələsindədir.

Qeyd edək ki, SİNAM Azərbaycanda və Orta Asiyada uzun illərdir uğurlu fəaliyyət göstərməkdədir. Şirkət informasiya-kommunikasiya texnologiyaları (İKT) həlləri, xüsusilə də bank həlləri üzrə zəngin təcrübəyə malikdir. SİNAM Azərbaycan Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Qırğızıstanın Dövlət Vergi Xidməti üçün verilənlər anbarlarının yaradılması, Biznes Analitika həllərinin təchizatı, inteqrasiyası üzrə bir sıra layihələri uğurla həyata keçirib.

Seçmə Proqram Təminatı

Partnyorlarımız