Azenru

Azərbaycanın İT şirkəti Serbiya bazarına çıxmağa hazırlaşır

Azərbaycanın İT şirkəti SİNAM Serbiya bazarına çıxmağa hazırlaşır. Hazırda şirkət coğrafi informasiya sisteminin bu ölkədə tətbiq edilməsi ilə əlaqədar tenderdə iştirak etmək məsələsi üzərində çalışır. Şirkətdən verilən məlumata görə hazırlıq prosesi gedir və layihənin yerinə yetirilməsi ilə əlaqədar tenderdə iştirak etmək üçün sənədlər oktyabr ayında təqdim ediləcək.

SİNAM şirkətinin coğrafi informasiya sistemi şöbəsi sistemin təkmilləşdirilməsi ilə əlaqədar xidmətlərin göstərilməsini təmin edəcək məsələlər üzərində çalışır. Şöbə qısa müddət ərzində Azərbaycanda coğrafi informasiya sisteminin yaradılması üzrə yüksək texnologiya və resurslara əsaslanan bir sıra layihələrin həyata keçirilməsinə nail olmuşdur. Şirkət coğrafi informasiya sistemi ilə əlaqədar hər cür xidmətin göstərilməsini təmin edir.

Bu xidmətlərə biznes-tələblərin təyin edilməsi, həllərin strukturlarının yaradılması, aparat və proqram təminatlarının tətbiq edilməsi, sifarişçinin tələblərinə əsaslanan xüsusi proqram təminatlarının işlənib hazırlanması, modellərin işlənib hazırlanması və kartoqrafik verilənlər bazalarının yaradılması, peyk təsvirlərinin və digər resursların hazırlanması və işlənməsi və s.

Sistemin işlənib hazırlanması “istifadəyə hazır” rejimdə həyata keçirilir, sistem üzrə texniki dəstək, təlimatlandırma və treninqlər təmin edilir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız