Azenru

Azərbaycanın elektron xəritəsinə ikiqat ünvan sistemi əlavə edilir

Azərbaycanın elektron xəritəsinə Abşeron yarımadası üzrə ikiqat ünvan sistemi əlavə edilir.

SİNAM şirkəti Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən GoMap layihəsinin icraçısıdır.

“İşlər Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə birlikdə icra edilir. İşlərin dəqiq başa çatdırılma vaxtı haqqında danışmaq mümkün deyil, belə ki, yeni məlumatlar Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən alındıqca xəritəyə daxil edilir. Hazırda Abşeron yarımadası üzrə ünvan məlumatlarını əldə etmişik”, – şirkətdən verilən məlumatda belə deyilir.

İstifadəçilərin rahatlığı üçün tətbiq edilən ikiqat ünvan sistemi daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi ilə əlaqədar yeni yanaşmanın Azərbaycanda tətbiq edilməyə başlamasından sonra aktuallıq qazanıb.

Artıq ünvanlar binalara deyil, onların girişlərinə aid edilir. Ünvanların verilməsi ilə əlaqədar yeni təcrübə qabaqcıl dünya təcrübəsinə uyğundur və ünvanların axtarılmasına sərf olunan zamanı minimuma endirir.

GoMap elektron xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda “bulud” texnologiyaları əsasında yaradılmış ilk resurslardan biridir. Xəritə rayonlara səfər etmək istəyən turistlər üçün faydalı ola biləcək marşrutun hamarlanması funksiyasına malikdir. Bundan əlavə, elektron xəritəyə tarix və mədəniyyət abidələrinin fotoşəkil və təsvirləri də daxildir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız